04 mart 2026
6
Hakan Fidan Əraqçiyə xəbərdarlıq etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Yenimeydan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Telefon danışığı zamanı Fidan Türkiyənin hava məkanına yönəldiyi müəyyən edilən və zərərsizləşdirilən ballistik raket barədə etirazını qarşı tərəfə çatdırıb.
O həmçinin münaqişənin yayılmasına səbəb olacaq hər hansı addımlardan çəkinməyin zəruriliyini ifadə edib.
Qeyd edək ki, İran ərazisindən Türkiyənin hava məkanına yönəlmiş ballistik raket Suriyanın hava məkanında vurulub. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. İtki yoxdur.
Oxşar Xəbərlər:

ABŞ-İran danışıqlarının üçüncü raundu -Uzun bir yolun başlanğıcı

Böyük təhlükəyə qarşı ittifaq:Türkiyə və Suriya onları məhv edəcək
İstanbulda mühüm sülh və Zəngəzur müzakirələri - İNCƏLƏMƏ
Türkiyə və İran ortaq məxrəcə gəlir - GƏLİŞMƏ
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!