02 mart 2026
8

Küveyt səhvən 3 ABŞ qırıcısını vurdu, ekipaj üzvləri xilas edildi (VİDEO)

     Küveytdə ABŞ-a məxsus bir neçə “F-15E” qırıcısı qəzaya uğrayıb.Yenimeydan.info-nun ABŞ Mərkəzi Komandanlığının məlumatına istinadən verdiyi xəbərə görə, Küveytin hava hücumundan müdafiə sistemləri döyüş tapşırığı zamanı səhvən üç ABŞ qırıcısını vurub.
Bildirilib ki, insident İranın raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyi vaxt qeydə alınıb.
Rəsmi açıqlamada qeyd olunub ki, təyyarələrdə olan altı ekipaj üzvünün hamısı katapult edərək xilas olub. Onlar təhlükəsiz şəkildə təxliyə olunub və vəziyyətləri stabildir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə pilotlardan birinin paraşütlə yerə endiyi görünür. Yerli sakinlər də hadisə yerində xilasetmə əməliyyatlarının aparıldığını təsdiqləyiblər.
ABŞ Hərbi Hava Qüvvələri insidentin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Qüvvələri insidentin səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

00:0000:28