01 mart 2026
10
Kübranın “içkili” görüntüsü necə YAYILDI – Açıqlama gəldi
Sosial şəbəkələrdə “Global Media Group”un əməkdaşı, jurnalist Kubra Məhərrəmovaya aid olduğu iddia edilən qeyri-etik foto və videogörüntülərin yayılması geniş müzakirələrə səbəb olub.Oxu.Az bildirir ki, bununla bağlı xəbər yayıldıqdan sonra oxucu və izləyicilərdən Kubra Məhərrəmovanın həmkarlarına, çalışdığı şirkətə çoxsaylı zəng və mesajlar daxil olub, hər kəs çaşqınlığını, xanımdan bu cür hərəkət gözləmədiyini ifadə edib. Belə məlum olub ki, hamıda görüntülərin doğru olması qənaəti yaranıb. Heç kim bunun dipfeyk texnologiyası ilə hazırlandığını ehtimal etməyib.Əslində isə sözügedən görüntülər Baku TV-də yayımlanan veriliş çərçivəsində aparılan süni intellekt eksperimenti zamanı hazırlanıb. Tribuna.az bildirir ki, bunu Kübra Məhərrəmova özü yayıb. Hazırda isə o, “Baku Tv” efirində çıxış edir.
Baku TV/Ru-nun baş redaktoru Natella Osmanlının “Reface” tətbiqinin prodüseri Polina Kovalevskaya ilə müsahibəsi zamanı yeni texnologiyaların imkanlarından bəhs olunub. Müsahibədə qeyd edilib ki, süni intellekt vasitəsilə istənilən şəxsin sosial şəbəkələrdə paylaşdığı foto və ya videolardan istifadə etməklə reallıqdan seçilməyən yeni məzmun yaratmaq mümkündür.
Texnologiyanın necə işlədiyini əyani şəkildə göstərmək məqsədilə verilişin qonağı olan jurnalist Kubra Məhərrəmovanın öz sosial şəbəkə hesabında paylaşdığı açıq fotolardan biri nümunə kimi seçilib. Çox qısa vaxt ərzində süni intellekt alətlərindən istifadə olunaraq, reallığa çox yaxın, lakin tamamilə saxta görüntü hazırlanıb.
Həsən Ağa

Oxşar Xəbərlər:

AYNA-nın “Azparking”i özünü doğrultmadı: Narazılıq artır – Foto

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

İlham Əliyev BƏƏ-yə getdi – Foto

Bu məmurun qohumları restoranı ələ keçirmək istəyir-FOTO

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO