25 fevral 2026
10
Yaxın Şərqdə böyük toqquşma ehtimalı: Regionu nə gözləyir?
İran ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik son illərdə vaxtaşırı pik həddə çatsa da, tərəflər açıqmiqyaslı müharibənin ağır nəticələrini nəzərə alaraq birbaşa toqquşmadan yayınmağa çalışıblar. Lakin Yaxın Şərqdə artan hərbi aktivlik, qarşılıqlı ittihamlar, nüvə proqramı ətrafındakı mübahisələr və regiondakı proksi qüvvələrin fəallaşması ehtimal riskini tam aradan qaldırmır. Belə bir ssenari reallaşarsa, bu, təkcə iki ölkə arasında qarşıdurma ilə məhdudlaşmayacaq, enerji bazarlarından tutmuş təhlükəsizlik balansına, nəqliyyat dəhlizlərinə və regional siyasi düzənə qədər geniş təsir göstərəcək.Xüsusilə Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün mümkün risklər – sərhəd təhlükəsizliyi, iqtisadi əlaqələr, qaçqın axını, enerji ixrac marşrutları və geosiyasi təzyiqlər kontekstində aktual ola bilər.İran və ABŞ arasında real müharibə ehtimalını hazırkı geosiyasi şərtlər fonunda necə qiymətləndirirsiniz?
Azərbaycan və ümumilikdə Cənubi Qafqaz üçün əsas risklər nədən ibarət ola bilər?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, İran ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik son illərdə vaxtaşırı pik həddə çatsa da, tərəflər açıqmiqyaslı müharibənin ağır nəticələrini nəzərə alaraq birbaşa toqquşmadan yayınmağa çalışıblar.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə artan hərbi aktivlik, qarşılıqlı ittihamlar, nüvə proqramı ətrafındakı mübahisələr və regiondakı proksi qüvvələrin fəallaşması ehtimal riskini tam aradan qaldırmır. Belə bir ssenari reallaşarsa, bu, təkcə iki ölkə arasında qarşıdurma ilə məhdudlaşmayacaq, enerji bazarlarından tutmuş təhlükəsizlik balansına, nəqliyyat dəhlizlərinə və regional siyasi düzənə qədər geniş təsir göstərəcək.
“Xüsusilə Cənubi Qafqaz, o cümlədən Azərbaycan üçün mümkün risklər – sərhəd təhlükəsizliyi, iqtisadi əlaqələr, qaçqın axını, enerji ixrac marşrutları və geosiyasi təzyiqlər kontekstində aktual ola bilər”, – deyə politoloq əlavə edib.
İran və ABŞ arasında real müharibə ehtimalını hazırkı geosiyasi şərtlər fonunda qiymətləndirən Əli Zülfüqaroğlu həmçinin Azərbaycan və ümumilikdə Cənubi Qafqaz üçün əsas risklərdən də danışıb:
“İran və ABŞ arasında mümkün müharibə nəinki bölgə, ümumiyyətlə bütün dünya üçün proqnozlaşdırılması mümkün olmayan ciddi problemlərə səbəb ola, böhranı dərinləşdirə bilər”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, bu baş verərsə, öncə qarşıdurmanın tərəfləri üçün ciddi problemlər yaranacaq: “Bu isə yalnız İsrailin maraqlarına cavab verir. İsrail ABŞ-nin hazırki hökumətinin Yaxın Şərq siyasətini öz planları üçün təhdid hesab edir. ABŞ-nin Yaxın Şərq siyasətini Türkiyə ilə koordinasiya etməsi Təl-Əviv üçün narahatlıq doğurur. Bu səbəbdən də Netanyahu dəfələrlə Vaşinqtona səfər edərək, Trampı İranın vurulmasının zərurliyinə inandırmağa çalışdı. Amma ABŞ hökuməti daxilində kifayət qədər güclü olan “öncə Amerika” tərəfdarları (MAGA) bunun hökumətə ciddi problemlər yaradacağı qənaətindədirlər. Bu ziddiyyət artıq mətbuata sızıb”.
Əli Zülfüqaroğlu sonda əlavə edib ki, İsrail Yaxın Şərqin xaosa sürüklənməsinə çalışır:
“İrana zərbə endirilərsə, bu baş verəcək. Belə olduqda Netanyahu hökumətinin ömrü uzanacaq, eyni zamanda Türkiyənin Suriyadakı mövqelərinə təhdid yaranacaq. Təl-Əviv də hesab edir ki, Türkiyə bütün diqqətini İrana yönəldərsə, Suriyadakı mövqeləri zəifləyəcək, nəticədə İsrail Suriyanın parçalanma planlarını yenidən aktuallaşdıracaq. Bunun üçün Trampa qarşı xüsusilə ABŞ-dəki sionist təşkilatları vasitəsilə ciddi təzyiq edilir. Noyabrda aralıq seçkiləri baş tutacaq. ABŞ yəhudi təşkilatlarının seçkilərə ciddi təsir imkanları var. Bu da Trampı narahat edir. Ona görə də bu təşkilatlara qarşı açıq şəkildə çıxmağa ehtiyat edir. Eyni zamanda İranla müharibə başlasa da ABŞ üçün ciddi problemlər yaranacaq və bu da hökumətin reytinqinə birbaşa təsir edəcək. Bu baxımdan Tramp orta yol tampağa çalışır. İstənilən halda müharibə başlasa ilk növədə tərəflər, eyni zamanda bölgə üçün çox ciddi problemlər meydana çıxacaq. İlk növbədə demoqrafik vəziyyət bölgə ölkələrinə problem yarada, həmçinin Yaxın Şərqdə terror təhdidləri yenidən güclənə bilər”.
Dəniz Pənahova




