22 fevral 2026
26
Elmi Cərrahiyyə Mərkəzində qalmaqal: Yeddi professor kənarlaşdırıldı – VİDEO
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb göstərilmədən və əvvəlcədən xəbərdarlıq edilmədən Elmi Şuranın tərkibindən çıxarıldığı bildirilir.Yenimeydan.info Xəzər TV-yə istinadən xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən məlumat verilmədən və səsvermə keçirilmədən elan edilib.Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa Səhiyyə Nazirliyinin tapşırığı olduğu bildirilib.
Professorun sözlərinə görə, Elmi Şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçiliblər və eyni qaydada da vəzifədən kənarlaşdırılmalıdırlar. Lakin bu prosedura əməl edilməyib.
Elmi Şuradan çıxarılan digər professor, ümumi cərrah Zərraf Şirinov da bildirib ki, ona hansı səbəbdən şuradan uzaqlaşdırıldığı barədə hər hansı rəsmi izahat verilməyib.
Sənan Məmmədli
Oxşar Xəbərlər:

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu

ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı –33 illik dosent faktları açıqladı
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!