20 fevral 2026
13
TƏBİB–İTS xəttində gizli görüşlər – Vüqar Qurbanovdan sonra növbə kimindir?
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanovun vəzifəsindən azad olunması ilə məsələ bitməlidirmi?!”NOCOMMENT.az xəbər verir ki, bunu jurnalist İlham Aslanov sosial şəbəkə hesabında yazıb.
O paylaşımında yazır:
“Heç kəsə sirr deyil ki, TƏBİB sədri V. Qurbanovun İcbari Tibbi Sığorta Agentliyinin (İTS) sədri Zaur Əliyevlə sıx əlaqələri mövcuddur.
Maraqlıdır görəsən TƏBİB və İTS tərəfindən son 3 il ərzində elan etdikləri və həyata keçirdikləri Satınalmalar üzrə kotirovka sorğuları, Tenderlər də yoxlanılıbmı? Bu satınalma əməliyyatlarına cəlb edilən şirkətlər və təşkilatlar ilə əlaqələri araşdırılıbmı? Kimlərdir və kimlərin adamlarıdır?
Maliyyə Nazirliyi ötən il yoxlamalara başladı bir sıra qanun pozuntuları aşkar etdi. Bu barədə ölkə mediası kifayət qədər yazıb işıqlandırdı. Maliyyə tərəfi araşdırıldı, aydındır. Bəs görəsən hüquq mühafizə orqanları bu məsələyə hansı hüquqi qiymət verəcək?
Ən acınacaqlısı odur ki, bəzən haqlı olduğun halda baş verənləri sadəcə izləyib susmalı olursan.
Düşünürəm bu yoxlamalar və vəzifəsindən azad etmələr İcbari Tibbi Sığorta Agentliyindən də yan keçməyəcək. Keçməməlidir də.
P.S. 2022-2023-cü illərdə TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada çalışdığım dövrdə TƏBİB rəhbərliyində gördüklərim və müşahidə etdiklərim onu deməyə əsas verir ki, cənab Prezidentin vəzifəyə təyin etdiyi bir sıra məmurlar fəaliyyətə başladıqdan bir müddət sonra onu aldadır və xəyanət edirlər. Bu isə həm də dövlətçiliyə və xalqa xəyanət deməkdir.
TƏBİB tabeliyində fəaliyyət göstərən müəssisələrdə vəziyyət heç ürəkaçan deyil.
İmkanım olsaydı, səhv etmirəmsə, 2023-cü ildə Vüqar Qurbanov və Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri bəzi açıqlanmayan görüşləri araşdırardım.
Deyiləcək o qədər məsələ var ki…
Əmin olduğum odur ki, dövlətimiz və aidiyyatı üzrə hüquq mühafizə orqanları hər şeyi nə zaman və necə edəcəyini gözəl bilir”.
Oxşar Xəbərlər:

İcbari sığortadan imtina etmək nələrə səbəb ola bilər?

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI