22 fevral 2026
32
ABŞ-nin İrana qarşı ehtimal olunan hücum tarixləri - Açıqlandı

“Amerika Birləşmiş Ştatları 23 və ya 24 fevralda İrana hərbi zərbə endirə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
“Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Con Kiriakou iddia edir ki, Amerika hökuməti bu vaxt hərbi zərbə endirmək qərarına gəlib. Ağ Evdəki mənbə ona hücumun bazar ertəsi və ya çərşənbə axşamı oluna biləcəyini bildirib”, - deyə nəşr bildirib.
Kiriakou qeyd edib ki, ABŞ Prezident Administrasiyası daxilində Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset İrana hücumu dəstəkləyirlər:
“Vitse-prezident Ceyms Devid Vens və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard buna qarşı çıxıblar”.
Oxşar Xəbərlər:

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Putin sülh sazişi ilə razılaşmasa sanksiyalar tətbiq ediləcək -RƏSMİ

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO