25 fevral 2026
13
Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması

“Mənim Ramiz Mehdiyevlə işdən kənar heç bir əlaqəm olmayıb.”
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov deyib.
A.Məhərrəmov adının Ramiz Mehdiyev məsələsində hallandırılmasını boş söhbət adlandırıb.
“Mənim vəzifəm elə olub ki, həftədə 3 dəfə Prezident Administrasiyasında olmuşam. Artıq 10 ilə yaxındır ki, vəzifədən də çıxarılmışam. Ramiz Mehdiyevlə də sonradan heç bir münasibətim olmayıb. Bu deyilənlər boş-boş söhbətlərdir. Siz belə şeylərə baş qoşmayın”, - sabiq rektor əlavə edib.
Xəbəri rus dilində oxuyun: Реакция Абеля Магеррамова на слухи о связях с Мехтиевым
Qeyd edək ki, hazırda ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin yaxın adamları sırasında Abel Məhərrəmovun da adı hallanıb. Keçmiş rektor bu günə qədər məsələyə münasibət bildirməmişdi.
Sail Ağasəlim
Oxşar Xəbərlər:

Ramiz Mehdiyevin xəyanət şəbəkəsində kimlər var? - Adlar

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI

Misir Mərdanov rus “sektoru”ndan danışdı: “Nazir olanda, mənim üçün çox ağır oldu”

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI