24 fevral 2026
13

5 milyonluq avtoservis tenderi – BU ŞİRKƏTƏ VERİLDİ

 “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
"DİA-AZ" xəbər verir ki, tenderin predmeti qurumun istifadəsində olan 25 ədəd nəqliyyat vasitəsinə (Pajero Sport, Yeni Outlander və L-200 markalı) istehsalçının zəmanət müddətində servis xidmətinin satın alınmasıdır. Müqavilənin məbləği 5 398 464 manat təşkil edir.
Müqavilə "Diamond Motors" MMC (VÖEN – 1401010791) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun pick-up tipli avtomobillərin servisi ilə bağlı keçirdiyi 1 063 manatlıq tenderin də qalibi olub.