27 fevral 2026
14
Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?-FOTO
Son günlər Şəmkir rayonunda özünü “Ağa” təxəllüsü ilə təqdim edən Həci Elmar adlı şəxslə bağlı sosial şəbəkələrdə narazılıq xarakterli videolar yayılıb. Paylaşımlarda bəzi vətəndaşlar həmin şəxsin dini biliklərə malik olduğunu bildirərək insanları qəbul etdiyini, müxtəlif “xidmətlər” göstərdiyini və bunun müqabilində ödəniş aldığını iddia edirlər.
İddialara görə, sözügedən şəxs əvvəllər rayonda dini fəaliyyətlə məşğul olub, indi isə falçılıq edir.
Sosial şəbəkələrdə yayılan məlumatlarda onun İranda dini təhsil aldığı və bir müddət Şəmkir rayon Cümə məscidində fəaliyyət göstərdiyi deyilir.
Həmin şəxsin “falçılıq”, “cin çıxarma” kimi fəaliyyətlə məşğul olduğu da irəli sürülür. Bununla bağlı yayılan videolarda vətəndaş narazılığı əks olunsa da, məsələ ilə bağlı dini qurumların mövqeyi hələlik açıqlanmayıb.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.(Xalq.online)
Məsələ ilə bağlı rəsmi qurumların və adı çəkilən şəxsin açıqlamasını dərc etməyə hazırıq.
Oxşar Xəbərlər:

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Şou-biznesdəki təzə “Həci”: Emin Hüseynov kimdir? - İLGİNC FAKTLAR...

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto

Prezident əfv sərəncamı imzaladı – SİYAHI