02 mart 2026
9
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı
Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.
“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, - məlumatda qeyd olunub.



