01 noyabr 2025
115
Lukaşenko ABŞ və Litvanı söydü
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ ondan Litvanın hava məkanını pozan hava şarlarını buraxdığına görə rəsmi Vilnüsdən üzr istəməsini tələb edib.Yenimeydan.info xəbər verir ki, Belta-nın məlumatına görə, Lukaşenko qeyd edib ki, əvvəlcə Litva özü baş verənləri həll etməlidir.“Biz amerikalılarla danışıqlar aparırıq. Bu danışıqlar müxtəlif dərəcələrdə davam edir və çətin gedir. Və sözün əsl mənasında həmin şarların uçduğu gecənin ertəsi günü amerikalılar bizə baş verənlərə görə belarusların günahkar olduğu, hakimiyyət orqanlarının, eləcə də Lukaşenkonun dərhal Litvadan açıq şəkildə üzr istəməli olduğu mesajını göndərdilər. Mən dedim ki, “rədd olsunlar…” və sair.
Dedim ki, üzr istəyəcəyik, amma yalnız günahkar biz olsaq. Nəyə görə üzr istəməliyəm? Amma amerikalılar və litvalılar bizdən üzr tələb edirlər. Kim kimi idarə edir? Onlar bizimlə danışıqlar aparan amerikalılara şikayət ediblər. Amerikalılar mənə üzr istəmək üçün məktub göndərirlər. Litvalılar da bizdən üzr tələb edirlər. Amerikalılar onlara əmr veriblər: Lukaşenko üzr istəməyi tələb edin!”.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat