17 mart 2026
13
“Yaşıl Bağ” restoranında tikintiyə hansı məmur icazə verib? -DE-FAKTO

Xətai prospekti 42 ünvanında yerləşən Yaşıl Bağ restoranı ilə bağlı ərazidə yaşayan sakinlər redaksiyamıza şikayət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, restoranda aparılan təmir işləri nəticəsində yaranan səs-küy və toz-torpaq səbəbindən evdə qalmaq çətinləşib. Onlar bildirirlər ki, uzun müddətdir davam edən tikinti və yenidənqurma prosesi gündəlik həyatlarına mənfi təsir göstərir.
Məsələ ilə bağlı əraziyə baş çəkən zaman həqiqətən də obyekt daxilində təmir işlərinin aparıldığının şahidi olduq. Restoran rəhbərliyi təmirin qanuni əsaslarla həyata keçirildiyini qeyd etsə də, bu barədə müvafiq dövlət qurumundan rəsmi sənəd təqdim edilmədi.
Hazırda vəziyyət sakinlərin narahatlığı və görülən işlərin hüquqi əsasları ilə bağlı suallar fonunda diqqət mərkəzində qalır.(big.az)
Həmin görüntünü təqdim edirik:
Oxşar Xəbərlər:

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…/FOTOFAKT

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...

Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi -DE-FAKTO

COP29 gündəliyi - 18.11.2024

Prezident əfv sərəncamı imzaladı – SİYAHI