16 mart 2026
12
Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…/FOTOFAKT

Xətai rayonunda General Mehmandarov küçəsində yaşayan sakinlərin verdiyi məlumatlardan belə aydın olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda ev alqı-satqısı işi ilə məşğul olan və “makler” kimi tanınan əslən Laçından olan qəssab Tahir adlı şəxs qanunsuz tikili aparır. Sakinlərə də məlumat verib ki, guya həmin ərazidə olan və ona məxsus 2.5 sot torpaq sahəsinin sənədləri varmış.
Yenimeydan.info: Lakin sonradan məlum olmuşdur ki,5 ədəd 10 mərəbəli yaşayış binalarının qarşısında yerləşən həmin ərazi üçün Tahirin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna baxmayaraq o sürüşmə zonası kimi tanınan bu ərazidə 1 aydır ki, ev tikintisinə başlamışdır. Bu barədə sakinlər də ona dəfələrlə irad bildirmişlər ki, ərazidə qanunsuz tikinti işləri aparmasın. Lakin o buna məhəl qoymadan özbaşına tikintini davam etdirmişdir. Jek işcisi Azərin sakinlərə verdiyi məlumata görə, yəni qanunsuz evin inşaası üçün Tahir ona 1500 manat, onun tanışı olan və Xətai rayon İcra Hakimiyyətində işləyən Nurlan və İntiqam adlı vəzifəli şəxslərə isə 20 000 manat verib ki, guya ona məxsus ( əslində zəbt etdiyi) olan 2.5 sot sənədsiz torpaq sahəsi üzərində ikimərtəbəli bir ev tikməyə qanunsuz icazə alıb.
Budur, yanvar ayından başlayaraq Tahir yerli aidiyyatı rəsmilərdən icazə aldığı və 10 mərtəbəli yaşayış binalarının ortasında yerləşən, bir tərəfi isə sürüşmə zonası hesab olunan 2.5 sot torpaq sahəsinin aşağı hissəsində qanunsuz ev tikib başa çatdırıb.
Baxmayaraq ki, bizim qanunsuz tikinti işlərinin dayandırlması barədə rəsmi müraciətlərimizdən sonra yanvarın 7-də Dövlət Şəhər və Arxitektura Komitəsinin işçiləri gəlib yerində baxış keçirmiş, hadisəni aktlaşdırsalar da Tahirin əlini cibinə salmasından sonra gəldikləri kimi də çıxıb getmişlər. Fevralın 16-da da müraciətimizlə əlaqədar Ekologiya Nazirliyinin əməkdaşları qanunsuz tikintiyə baxış keçirmək istədiklərini redaksiyamıza bildirmişlər.
Digər tərəfdən də Bakı şəhər Prokurorluğunun Xətai rayon Prokurorluğuna göndərdiyi 3 dəfə təkrar məktublarından da aydın olur ki, baş vermiş hadisənin araşdırlması tələb olunur. Lakin çox təəssüflər olsun ki, Xətai Rayon Prokurorluğunun müstəntiqləri 24 gündür ki, qanunsuz evin tikintisi olan əraziyə nədənsə gedib çıxa bilmirlər.
Ona görə də baş verməkdə olan cinayət yerli sakinlər arasında haqlı narazılıq yaradır. Sadə insanlar gözləyirlər ki, nəhayət sıradan bir “makler” olan Tahir adlı fərdin özbaşnalıqlarına qanunvericilik daxilində son qoyulacaqdır.
Rəsmi müraciətimizdən sonra düşünürdük ki, ictimai yerdə öz xeyri üçün qanunsuz işlərlə məşğul olan “makler” Tahir barəsində yerli dövlət və hüquq-mühafizə orqanları lazımi araşdırmalar apardıqdan sonra qanuni tədbirlər görəcəklər. Lakin çox təəssüflər olsun ki, sonrakı müşahidələrimiz və aldığımız son məlumatlar bunların tam əksini deyir.
Onu da qeyd etmək yerinə düşərdi ki, Tahir bizim müraciətimiz zamanı evini cəmi 6-7 mişar daşı ilə hörgü işləri görmüşdürsə, yerli İcra Hakimiyyəti və Şəhərsalma, Arxitektura Komitəsinin səlahiyyətli şəxsləri baxış keçirib getdikdən sonra tikinti işləri sürətlənmiş və fevralın 22-dək dam örtüyü işlərinin başa çatdırılması tapşırılmışdır.

Xətai rayon İcra Hakimiyyətinin memarlıq tikinti məsələləri və rayon təsərrüfatı sektoru, şöbə müdirinin müavini – sektor müdiri(baş memar) Əhməd Məmmədovun müraciətimizlə bağlı 20.02 2026-cı ildə bizə verdiyi cavab məktubunda bildirilir ki, Sizin Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə 31.01.2026-cı il tarixli elektron müraciətinizə Xətai rayon İcra Hakimiyyətində baxılmışdır.
Müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.
Hal-hazırda qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.
Fövqəladə Hallar Nazirliyinə, Arxitektura və Şəhərsalma Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığımız 5 yanvar tarixli müraciətlərimizə hələ də heç bir cavab verilməsə də, Bakı şəhər prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini cənab Ramazan Hadıyevin Xətai rayon prokuroru Sərdar Həmidova ünvanladığı 29 dekabr 2025-ci il tarixli məktubunda qeyd etmişdir: “ Yaşayış sahəsinin qarşısında sürüşmə zonasında aparılan özbaşına tikinti işlərinin dayandırılması barədə Bakı şəhər Prokurorluğuna daxil olmuş müraciəti qanunamüvafiq tədbirlər görülməsinin təmin edilməsindən ötürü Sizə göndərilir.”
Aradan 3 ay keçsə də Xətai rayon prokuroru Sərdar Həmidovdan bir cavab çıxmadı. Görəsən Xətai rayonu, General Mehmandarov küçəsi ilə Rüfət Əsgərov kücəsinin kəsişməsində, 2942-ci məhəllə, 2- ci döngə, giriş 18 ünvanda aparılan qanunsuz tikilinin qarşısı alınacaqmı?
Xətai rayon İcra Hakimiyyətinin baş memarının bizə verdiyi cavabda güya dayandırılıb. Sakinlərdə bizə göndərilən fotodan isə görsənən odur ki, ərazidəki özbaşına ev tikintisi nəinki dayandırılmız, əksinə qanunsuz tikilinin dam örtüyü belə vurularaq işlər artıq başa çatmışdır.
Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri (baş memar) Əhməd Məmmədov bizə məktubunda bildirir ki, müraciətlə bağlı görülmüş tədbirlər nəticəsində qeyd olunan ünvanda müvafiq icazə sənədləri olmadan aparılan tikinti işləri dayandırılmışdır.
Göründüyü kimi, baş memar Əhməd Məmmədov sözügedən ünvanda tikintinin müvafiq icazə sənədləri olmadan aparıldığını yazır və buna görə də tikinti işlərinin dayandırıldığını bildirir. Bunlar onun 20.02 2026-cı ildə bizə verdiyi rəsmi cavab məktubunda qeyd edilib. Amma sakinlərin bizə göndərdiyi fotoda tikintinin dayandırılmadığı, əksinə dam örtüyünün artıq vurulduğu görsənir. Bu, Xətai rayon İcra Hakimiyyətində məmur özbaşınalığını rəsmi şəkildə təsdiq edir.(aktualinfo.net)
Məmməd Əhmədoğlu

Oxşar Xəbərlər:

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Ölkə başçısı 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edir, Xətai də qanunsuz tikililər davam… -FOTOLAR

Bu qurumun əmlakı satışa çıxarıldı: milyonluq kompleks, Bakının mərkəzində çoxsaylı obyektlər - SİYAHI

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Prezident əfv sərəncamı imzaladı – SİYAHI