17 mart 2026
12
Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı - Yeni təyinat

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Azad Mustafayev vəzifəsindən azad edilib.
Yenimeydan.info APA-ya istinadən xəbər verir ki, onun yerinə Namiq Yusubov qurumun baş mühəndisi təyin olunub.
Qeyd edək ki, N.Yusubov bundan öncə metropolitendə İstehsalat texniki şöbəsinin rəisi vəzifəsini tutub.
A.Mustafayev isə 2019-cu ildə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovun Əmri ilə qurumda istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü ildə isə QSC-nin istismar üzrə baş mühəndisi təyin edilib.
Oxşar Xəbərlər:

“Azəriqaz”-da nə baş verir? İşçilər Namiq Məmmədovu üsyan etməklə hədələyirlər

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA
Bakı metrosunun ilk xanım maşinisti işdən çıxmasının əsl səbəbini AÇIQLADI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI