06 mart 2026
6

İran Azərbaycanla sərhəddə Qüds Qüvvələrini yerləşdirir

    Tribuna.az xəbər verir ki, bu prosesi həyata keçirmək üçün İraq ərazisindən istifadə etmək qərarı verilib.
“Rudaw Network” saytının yazdığına görə, dünən ABŞ xüsusi təyinatlı qüvvələrinin bir neçə bölüyü İraın Ənbar, Nəcəf və Kərbəla şəhərlərinə paraşutla atılıb. Lakin ərazidəki İraq ordusunun hərbçiləri ilə toqquşma yaşanıb. Nəticədə, iki hərbçi yaralanıb, biri isə öldürülüb.
Tribuna.az xəbər verir ki, İrana yaxın sosial şəbəkə hesablarında SEPAH-ın Qüds Qüvvələrinin Azərbaycan və İraq səhəddinə yerləşdiriyi xəbəri yayılıb. Məlumatda deyilir ki, bu addım təhlükəsizlik tədbirləri məqsədi ilə atılır.
İraqla sərhəddə Qüds Qüvvələrini göndərmək məntiqli görünür. Yuxarıda qeyd etdiyimiz kimi, İraqa artıq ABŞ xüsusi təyinatlıları ayaq basıblar. Onları sərhəddə qarşılamaq üçün hərbi qüvvəyə ehtiyac var. Lakin Azərbaycan sərhəddinə bu qoşunu göndərməyin nə mənası var?
Fərda Uğur