07 mart 2026
9
Pezeşkian hücumlara görə qonşu ölkələrdən - Üzr istədi
İranın Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian dövlət telekanalı ilə yayımlanan videomüraciətində bəyan edib.
“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm”, - deyə o qeyd edib.
Dövlət başçısı İranın digər ölkələrə təcavüz etmək niyyətində olmadığını bildirib.
Pezeşkian ölkəni qorumaq üçün küskünlükləri və narazılıqları kənara qoymağa çağırıb.
İran lideri ABŞ və İsrailin tələblərinə də cavab verib: “Onlar bizi qeyd-şərtsiz təslim olmağa məcbur etmək xəyalını qəbirlərinə aparacaqlar”.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR
İran böhranı dərinləşir:Sərhədimizdə baş verənlər bizə necə təsir edəcək?

İranda siyasi böhran: İmpiçmentlər, istefalar, güc mübarizəsi - TƏHLİL

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat