09 mart 2026
14
FETÖ-nün beş qəpiklik killeri Şamil Tayyarın Azərbaycana ağıl vermə hədsizliyi…
Müstəqil siyasət yürüdən dövlətlərə qarşı tənqidlərin və ittihamların artması heç vaxt təsadüfi olmur. Əksinə, bu, həmin dövlətin gücləndiyinin və artıq regionda söz sahibi olmağa başladığının ən açıq göstəricisidir.Siyasətdə sadə bir meyar var: bir ölkəyə qarşı reaksiyalar artırsa, ona doğru daha çox ittiham və hücum yönəlirsə, deməli o ölkə artıq regional və siyasi çəkisini artırır. Bu gün Azərbaycanın yürütdüyü siyasət də məhz belə bir mərhələnin göstəricisidir.
II Qarabağ savaşı Azərbaycan üçün yeni çağın başlanğıcı oldu. Müzəffər Azərbaycan artıq kiminsə diktəsi ilə hərəkət edən ölkə deyil. Qarabağı azad edən, suverenliyini bərpa edən və regionda söz sahibi olan dövlətdir. Bu siyasətin memarı isə Azərbaycanın müzəffər Prezidenti İlham Əliyevdir.
Qarabağın azad olunması, Azərbaycanın Rusiya, Fransa və İran kimi dövlətlərlə münasibətlərdə öz maraqlarını açıq şəkildə müdafiə etməsi bəzi dairələri ciddi şəkildə narahat edir. Çünki onlar hələ də köhnə Azərbaycan təsəvvürü ilə yaşayırlar – susan, geri çəkilən, təzyiq qarşısında kompromisə gedən Azərbaycan.
Amma artıq belə bir Azərbaycan yoxdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni bir Azərbaycan yaradıb. ABŞ kimi dünya nəhənginin belə sayğı duyduğu, Avropa liderlərinin hesablaşdıqları, Rusiya, İran kimi dövlətlərin rəhbərlərinin yalnışa yol verdikləri zaman üzr istədikləri, Qafqazın lider dövləti olan Yeni Azərbaycan.Bu reallıq fonunda ortaya çıxan bəziləri köhnə Azərbaycanın xiffətini çəkməklə yanaşı bu günki Azərbaycanı həzm edə bilmirlər. Onlardan biri də Türkiyədə siyasi ömrünü çoxdan başa vurmuş, el arasında məhkəmədə beş qəpik cəzaya məhkum edildiyi üçün “beş qəpiklik” kimi tanınan Şamil Tayyardır.
Şamil Tayyarı hardan tanıyırıq. Bu ad Türkiyədə ilk dəfə “Ergenekon” prosesləri dövründə üzə çıxdı. Həmin illərdə FETÖ-nün hazırladığı dosyalar üzərindən qurulan dezinformasiya çirkabını mediaya axıdanların başında Şamil Tayyar gəlirdi.
Türk ordusunun vətənsevər generalları, milliyyətçi zabitlər və ziyalılar həbs olunarkən, onlara qarşı dezinformasiya kampaniyalarında Tayyarın yazıları xüsusi yer tuturdu. “Ergenekon”un iki memarından biri sonradan Ermənistan üzərindən Avropaya qaçan FETÖ-çü prokuror Zəkəriyyə Öz idisə, digəri də Özə “qardaşım” deyən Şamil Tayyar idi.Hər dönəmin adamı olmağı bacaran Şamil Tayyar sonradan düşərgə dəyişsə də, bu onun Türk dövlətinin fundamentinə dinamit döşəyən “Ergenekon” əməliyyatındakı günahını yuya bilməz. Türk dünyası ilə Türkiyənin əlaqələrini baltalamaq istəyənlərin planlarının icraçısı olan Tayyar bu gün də Ankara ilə Bakının arasına fitnə toxumu səpmək istəyən fitnəkar durumundadır.
Şərəfli türk aydın və zabitlərinin – Kuddusi Okkırların, Əli Tatarların, Kaşif Kozinoğluların – ölümündə Zəkəriyyə Özün əli nə qədər qana batıbsa, Şamil Tayyarların, Mehmet Baransuların, Nagehan Alçıların da əli o qədər qanlıdır.
Şamil Tayyarın Azərbaycana mənfi münasibəti yeni deyil. Hələ Ergenekon dövründə o, müxtəlif yazılarında Qafqaz mənşəli şəxslər üzərindən manipulyasiya etməyə çalışır, məsələni dolayısı ilə Azərbaycan istiqamətinə çəkməyə cəhd edirdi.
Bu gün də həddi olmadığı məsələlərdə əllaməlik edərək, fitnəkarlığını davam etdirir.
Öncə İranın Azərbaycana qarşı hədsizliyinə cavabını İsrailə bağlayır, sonra isə üzrü qəbahətindən böyük səhvə imza ataraq, Azərbaycana “sonra ağlama” deyir.Azərbaycanın İrandan Fələstinə, Türkiyədən Türk Dünyasına göstərdiyi hansı dəstəyi yazdın ki, bu gün Azərbaycana ağıl vermək hədsizliyini özündə tapırsan, Zəkəriyyə Özün qardaşı?
Sən kimsən ki, Azərbaycana ağıl verirsən? Ağlayan zamanında killerliyini etdiyin Fətullah Gülən idi. Sən ağlayanı yanlış adresdə axtarırsan.
Ayrıca, Azərbaycanla Türkiyənin münasibətlərinin gələcəyinə sənin kimi “beş qəpikliklər”mi qərar verir?
Onu anla ki, Azərbaycan və Türkiyə münasibətləri sənin kimi bitib-tükənmiş adamların müzakirəsiylə sarsılacaq deyil.
Bu münasibətlərin arxasında tarix, qan qardaşlığı və strateji ittifaq dayanır. Bu ittifaqı isə bu gün iki lider – Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev – daha yüksək səviyyəyə qaldırıblar.
Bu münasibətləri Türkiyədə nə Adəm Özkösə, Nurəddin Şirin kimi İran maşaları, nə də sənin kimi “beş qəpiklik”lər poza bilər.
Və nəhayət, Şamil Tayyarlar bir məsələni yaxşı anlamalıdır.
Azərbaycan bu gün kiminsə ağıl verəcəyi, qorxudacağı və ya hədələyəcəyi ölkə deyil. Azərbaycan öz taleyini özü yazan, savaş meydanında qalib gəlmiş, diplomatiya masasında söz sahibi olan dövlətdir.Çünki tarix göstərir ki, böyük dövlətlər kənardan gələn səslərə görə istiqamətini dəyişmir. Səs-küy yaradanlar isə tarix yazanların arxasınca danışmaqdan başqa heç nə bacarmır.
Bu dövlətin lideri İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan artıq tarix yazır, başqalarının yazdığı tarixlə yaşamır.
Bu reallığın hansısa “beş qəpiklik”ləri narahat etməsi Azərbaycanın yolunu dəyişməyəcək.
Azərbaycan isə artıq tarix yazan dövlətdir. Bu yolun arxasında güclü dövlət iradəsi, milli birlik və böyük bir strateji ittifaq dayanır.
Və bu yol tək deyil. Azərbaycan bu yolu qan qardaşı, strateji müttəfiqi – Şuşada bayraqları yanaşı dalğalanan Türkiyə ilə birlikdə gedir.Tarix dəfələrlə sübut edib:
Azərbaycan və Türkiyənin birlikdə olduğu yerdə isə söz də güclü olur, gələcək də.
Aqil Ələsgər - Yenicag.az
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Lavrovdan Bakıya status ittihamı - Moskva yenə “bostanımıza daş atir”