24 mart 2026
11
“Sürət həddini minimuma endirin” - Xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
“Qafqazinfo”nun məlumatına görə, xəbərdarlıqda bildirilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.
Bayram tətili günlərində bölgələrə, istirahət və turizm məkanlarına üz tutan əhali sayının artmasını nəzərə alaraq, səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik”.
Oxşar Xəbərlər:

Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

DYP yollarda gizli buzlanma ehtimalına qarşı sürücülərə müraciət edib

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Prezident əfv sərəncamı imzaladı – SİYAHI