27 mart 2026
14

İsrail Tehran və Yəzddə silah istehsalı müəssisələrini hədəf alıb

     Gecə Tehranın mərkəzində bir sıra genişmiqyaslı hücumlar həyata keçirilib. 
Yenimeydan.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd olunur ki, ordu səhər saatlarında əsasən ballistik raketlər istehsalı üçün istifadə edilən obyektləri və infrastrukturu hədəf alıb.
Həmçinin İranın qərbində rejimin atəş gücü imkanları ilə əlaqəli müxtəlif hədəflər, o cümlədən təhdid yaradan raket buraxıcıları və saxlama yerləri vurulub.
Ordu açıqlamasında əlavə edib ki, İranın mərkəzindəki Yəzd şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinə məxsus raket və dəniz mina istehsalı sahəsi hədəfə alınıb.