31 mart 2026
18

Bakı nefti 128 dollar oldu: Gəlirlər 40 faiz artıb

    İran ətrafında baş verən hərbi olaylar fonunda dünya neft bazarında qiymətlər artmağa başlayıb.
Yenimeydan.info xəbər verir ki, Hörmüz boğazının İran tərəfindən bağlanması səbəbindən “qara qızıl” artıq 130 dollar sərhəddinə yaxınlaşıb.
Bu fonda Azərbaycanın hasil etdiyi “AzeriLight” markalı neftin bir barreli 128 dollara yüksəlib.
Bu əsnada, o da bildirilir ki, son qiymət artımlarından sonra Azərbaycanın neftdən əldə etdiyi gəlirlər 40 faiz çoxalıb.
Fərda Uğur