30 mart 2026
14
Yağış, dolu yağacaq, şimşək çaxacaq
Bugün ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi bölgələrdə arabir yağıntı düşəcəyi, dağlıq rayonlarda isə qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə ildırım çaxacağı və dolu düşəcəyi də istisna olunmur.Yenimeydan.info xəbər verir ki, paytaxt və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gecə saatlarında bəzi ərazilərdə qısamüddətli yağış yağa bilər. Səhər duman müşahidə olunacaq. Gün ərzində cənub-şərq küləyi əssə də, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək. Bakıda temperaturun gündüz 18 dərəcəyədək yüksələcəyi bildirilir.
Rayonlarda isə temperatur fərqi daha kəskin hiss olunacaq. Gündüz saatlarında bəzi bölgələrdə isti hava müşahidə edilsə də, dağlarda şaxtalı hava şəraiti davam edəcək. Qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi proqnozlaşdırılır.




