30 mart 2026
19

Rasim Balayevlə vida mərasimi keçirilir — FOTOLAR

   Ötən gün vəfat edən 77 yaşlı Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.
Yenimeydan.info xəbər verir ki, mərasim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilib.
Burada mərhumun ailə üzvləri, yaxınları, dostları və bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi bitdikdən sonra görkəmli aktyorun nəşi I Fəxri Xiyabana aparılacaq. Mərhum orada torpağa tapşırılacaq.
Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor ötən gün səhər İstanbulda “Memorial” klinikada vəfat edib.
Rasim Balayev 70-dən çox bədii filmdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaradıb. Onun zəngin yaradıcılıq yolu daima gənc aktyorlara məktəb və örnək olub.
(Baku.ws)