06 aprel 2026
10
Bitməyən bina, bitməyən pozuntular: Darvaz MMC kimə arxayındır?-VİDEO
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi — Üç ildən artıqdır tikintisi davam edən, hələ də bitməyən bina bu qəsəbənin sakinlərini çarəsiz vəziyyətə salıb. Ə.Mehbalıyev küçəsində "Darvaz MMC" tərəfindən inşa edilən hündürmərtəbəli obyekt, başlanğıcdan gözləntiləri doğrultmayıb. Halbuki belə layihələr vaxtında və təhlükəsiz şəkildə başa çatdırılmalı, ətraf sakinlərin həyatına təhlükə yaratmamalıdır. İnşaat prosesi ilə bağlı ən ciddi narahatlıq qoparaq düşən kərpiclərdir. Ötən il binanın fasadından tökülərək yaxınlıqda yaşayan evlərin üzərinə düşən kərpiclər iki dəfə qeydə alınıb. Bu hadisələr nəticəsində ətrafda yaşayan sakinlərin həyatı risk altına düşüb — nəinki mülkiyyət, hətta can təhlükəsi var. Onlara 8 ay müddətinə kirayə pulu verildi. Lakin sonradan bu ödənişlər birdən-birə kəsildi — çoxsaylı ailələr yenidən çarəsiz vəziyyətdə qaldı.Layihənin sonrakı mərhələsində, sakinlərin üzərinə təzyiq daha da artıb. Bildirilir ki, yaxınlıqdakı evlər ucuz qiymətə alınıb və sakinlər yenidən bu ərazidən köçürülür — bu dəfə yenə də hündürmərtəbəli bina tikintisi üçün.Daxil olmuş məlumatlara görə fəhlələrin əksəriyyəti ilə əmək müqaviləsi bağlanmayıb.tikintidə əmək müqaviləsi və təhlükəsizlik normaları pozulursa bu artıq sadəcə etik problem deyil — birbaşa hüquq pozuntusudur.
Bu hal yalnız yaşayış hüququ və ədalət məsələsi deyil, eyni zamanda sosial ədalət və hüquqi normaların pozulması ilə bağlı suallar doğurur.
Təhsil adamları tikinti biznesində — qanunla necə tənzimlənir,Rektor olmaq arzusu
Mediatvaz.com-a daxil olmuş məlumata görə layihə ilə bağlı adları hallanan şəxslər arasında Bakı Dövlət Universitetindən Faiq, Süleyman və Təbriz adlı müəllimlərin adları keçir. Bu sual ortaya çıxır: Müəllim və təhsil müəssisələrinin əməkdaşları qanunla tikinti biznesi ilə məşğul ola bilərmi?
Azərbaycan Respublikasının qanunvericiliyi dövlət qulluqçusunun biznes fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər qoyur. Bu baxımdan adı çəkilən şəxslərin bu sahədə fəaliyyəti qanunla necə tənzimlənir və nə qədər şəffafdır?
Müvafiq qanunvericiliyə görə vəzifəli şəxs öz xidməti mövqeyindən şəxsi maraqları üçün istifadə edə bilməz.Hətta məsələnin daha maraqlı tərəfi də var, adı hallanan şəxslərdən birinin yaxın gələcəkdə rektor olmaq kimi karyera planları olduğu iddia edilir.
Bu məsələnin qanuni çərçivədə nəzarət altında olub-olmadığını, sakinlərin hüquqlarının qorunub-qorunmadığını və təhsil sahəsindən olan şəxslərin kommersiya fəaliyyətinə çıxış mexanizmlərini bilmək maraqlı olardı.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var..
Mediatv.az
Oxşar Xəbərlər:

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Kirayə bazarındakı əl yandıran qiymətlər: Evlər niyə bahadır?

«GOLD RESİDENCE» Bakı sakinlərini mühasirədə saxlayır
Qanunsuz tikilmiş evlərin taleyi necə olacaq? - AKTUAL
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?