10 aprel 2026
11
Mədəniyyyət Nazirliyi 195 min manatlıq çadır icarəyə götürür
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif tədbir və proqramlarda istifadə olunacaq çadırların, habelə digər zəruri malların təmin edilməsi və icarəsi xidmətlərinin satın alınması üçün tender proseduru həyata keçirir.32gun.az xəbər verir ki, Keçirilən bu satınalma üzrə ehtimal olunan qiymət 195.057,54 AZN məbləğində müəyyən edilmişdir.
Xidmət çərçivəsində nazirliyin xətti ilə təşkil olunacaq mədəni-kütləvi tədbirlər, sərgi və proqramlar üçün müasir standartlara cavab verən çadır konstruksiyalarının quraşdırılması və texniki mallarla təminat nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlidir. “Əsaslı Tikinti və Təchizat” MMC-nin (2023-cü ildə yaradılıb) rəhbəri 2024-cü ilin noyabr ayı etibarilə Rafiq Vəliyevdir.
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib-DETALLAR

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR

İbrahim Cəfərov bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurub -DE-FAKTO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI