07 aprel 2026
9
Azərbaycan Universiteti Qazaxıstanda keçirilən təhsil sərgisində təmsil olunur - Fotolar

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, sərgi Azərbaycanla Qazaxıstanın elm və təhsil nazirlikləri tərəfindən təşkil olunub.
Tədbir geniş spektrlı təhsil proqramları, təqaüd imkanları təqdim etmək və ziyarətçiləri Azərbaycandakı tələbə həyatı ilə tanış etmək məqsədilə ölkənin aparıcı universitetlərini bir araya gətirir.
Sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri Azərbaycanda təhsil imkanları haqqında məlumatlandırmaqdır.
Sərgidən əvvəl Qazaxıstan və Azərbaycan universitetləri rektorlarının II forumu keçirilib. Tədbirdə ölkələr arasında ikitərəfli əməkdaşlıq, eləcə də elm və ali təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub.
Forum çərçivəsində Azərbaycan Universiteti ilə Qazaxıstanın K.İ.Satbayev Qazaxıstan Milli Tədqiqat Texniki Universiteti, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədləri rektorlar Səadət Əliyeva, Meiram Begentayev, Berik Akhmetov və Yerbol İssakayev imzalayıblar.






Oxşar Xəbərlər:

Prezident Özbəkistan mediasına müsahibə verib

İdman Akademiyası tələbələrin pulunu mənimsəyir? —RƏSMİ

Prezidentlər Birgə Bəyanat imzaladılar
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

“Ortaq türk əlifbasının inteqrasiyaedici rolu: elmi və sosial aspektlər” mövzusunda beynəlxalq konfrans keçirilib