07 aprel 2026
9
Əkrəm İmamoğluna qarşı daha bir ittiham
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” ittihamı ilə istintaq başladılıb.Yenimeydan.info bu barədə yerli mətbuata istinadla xəbər verir.
İddialara görə, İmamoğlu 6 aprel 2026-cı il tarixli məhkəmə iclasında, ictimaiyyətdə “mənfəət məqsədli cinayət təşkilatı” işi kimi tanınan dosyada çalışan məhkəmə nümayəndələrinə ünvanlanaraq belə deyib:
“Bu işdə tək cinayət təşkilatı var, o da ittiham tərəfidir”.
Bu ifadələr məhkəmə nümayəndələrinə yönəldiyi üçün “dövlət məmurunu vəzifəsinə görə təhqir etmə” çərçivəsində qiymətləndirildiyi və buna görə də istintaqın başladıldığı qeyd olunur.
Sənan Məmmədli
Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Ərdoğan, yoxsa İmamoğlu –Türkiyə erkən seçimini edir
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI