31 oktyabr 2023
329
“Ortaq türk əlifbasının inteqrasiyaedici rolu: elmi və sosial aspektlər” mövzusunda beynəlxalq konfrans keçirilib
“Ortaq türk əlifbasının inteqrasiyaedici rolu: elmi və sosial aspektlər” mövzusunda beynəlxalq konfrans keçirilib.Tədbir Beynəlxalq Türk Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası nəzdində Türk Dil Qurumu və Əl-Farabi adına Qazax Milli Universitetinin birgə əməkdaşlığı və Türk Dövlətləri Təşkilatı Katibliyinin dəstəyi ilə təşkil olunub.
Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın aparıcı elmi qurumlarının tanınmış dilçi və ekspertləri, o cümlədən dövlət və ictimai-siyasi xadimlər, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası parlamentlərinin deputatları, diplomatik missiyaların nümayəndələri iştirak ediblər.
Beynəlxalq tədbirdə Türk Dünyası əlifbası üçün ortaq standartların hazırlanması və onun inteqrativ rolu kimi məsələlər müzakirə edilib, iştirakçı ölkələrin dövlət dil siyasəti təhlil edilib, əlifbada birliyin təmin edilməsi üçün mümkün tədbirlər müəyyənləşdirilib.
Əvvəlcəqonaqlar Fərabi muzeyi, Kitabxananın oxu zalı, BMT-nin Qlobal Qərargahının zalı, “Böyük Çölün Yeddi Xüsusiyyəti” otağı və elmi nailiyyətlər sərgisi ilə tanış olublar.
Tədbirin açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Əl-Farabi adına Qazax Milli Universitetinin İdarə Heyətinin sədri Canseit Tüymebayev, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert, Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Darhan Kıdırali, TDT baş katibinin müavini Sədi Cəfərov və başqaları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayevrəhbərlik etdiyi qurumun türk ölkələrinin akademik icmalarının ortaq əlifba və terminologiyanın yaradılması üçün səylərinin əlaqələndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. O, bu hədəflərin 2021-ci ildə TDT Dövlət Başçılarının VIII Zirvə Toplantısında qəbul edilmiş “Türk Dünyasına Baxış-2040” strateji sənədində yer aldığını diqqətə çatdırıb.
Akademik Şahin Mustafayev qeyd edib ki, bu günədək aparılan tədqiqatlar nəticəsində əldə olunan təcrübələr ortaq standart əlifbanın yaradılması prosesində dil məsələsinin vacibliyini, həmçinin sosial-mədəni amillərin də nəzərə alınmasının önəminiortaya qoyub. Onun sözlərinə görə, bu kontekstdə türk dövlətlərinin akademik dairələri ortaq əlifbanın sosial-mədəni əhəmiyyətinə diqqət yetirməli və bu məsələ fənlərarası formatda həll olunmalıdır.
Tədbirdə Əl-Farabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tüymebayev ictimai və humanitar elmlər sahəsində türk əlifbalarının tarixi və inkişafının araşdırılmasının mədəni irsin qorunmasında mühüm məsələ olduğunu bildirib.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından təbrik məktubunu oxuyub.
Daha sonra tədbir “Əlifba inteqrasiyanın istiqaməti kimi” və “Əlifba, dil və kimlik” mövzularının müzakirə olunduğu panel iclaslar formatında davam edib.
Konfransda iştirakçıları 29 may 2023-cü il tarixində Astanada qəbul edilmiş Birgə Əlifba Komissiyasının məqsəd və iş prinsiplərini və Türk Dünyası Birgə Əlifba Komissiyasının Birinci Toplantısının Yekun Bəyannaməsini dəstəkləmək əzmində olduqlarını təsdiq ediblər.
Tədbirin sonunda yekun bəyannaməqəbul olunub.
Oxşar Xəbərlər:
Ağcabədi Mədəniyyət İdarəsinin SAXTAKAR RƏİSİ...
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ
Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”
Ali Attestasiya Komissiyasında diplom alveri-ÖZƏL
İşdən azad edilən Əhəd Abıyevin inanılmaz ailə sərvəti – Siyahı