09 aprel 2026
15
Hörmüzdən keçən gəmilər üçün alternativ marşrut - Açıqlandı
İran Limanlar və Dənizçilik Təşkilatı Hörmüz boğazından keçməyi planlaşdıran gəmilər üçün potensial dəniz minaları ilə toqquşma riskini azaltmaq məqsədilə alternativ marşrutlar açıqlayıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Gəmilərin İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilmələri tövsiyə olunub.
Belə ki, təşkilat Fars körfəzində keçid gözləyən gəmilərə giriş marşrutu olaraq Oman körfəzindən şimala doğru irəliləyib Larak adasının yaxınlığından Fars körfəzinə keçməyi, çıxış marşrutu olaraq isə Fars körfəzindən başlayıb Larak adasının cənubundan keçərək, Oman körfəzinə doğru davam etməyi tövsiyə edib.
Qeyd olunur ki, gəmilərin bu marşrutlarda hərəkəti İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ilə koordinasiya olunmalıdır.
“Fars” agentliyinin məlumatına görə, ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra Hörmüz boğazı İsrailin Livana hücumları səbəbindən müvəqqəti bağlı qalıb.
“Tasnim” agentliyi isə yazır ki, atəşkəs dövründə İran Silahlı Qüvvələrinin icazəsi olmadan boğazdan keçid mümkün deyil və bir çox gəmi hələ də ərazidə gözləyir.
Oxşar Xəbərlər:

Hörmüz boğazı hansı gəmilər üçün açıqdır? - Açıqlandı

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Yaxın Şərq uğrunda geosiyasi döyüş: Azərbaycan işin harasındadır? - ARAŞDIRMA

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok