09 aprel 2026
15

Məşhur amerikalı jurnalist: ABŞ məğlub oldu

    Amerikalı məşhur jurnalist Taker Karlson bildirib ki , hər şey sanki bizim qalib gəldiyimiz kimi təqdim olunsa da, Amerika Birləşmiş Ştatları məğlubiyyətə uğrayıb.
YeniMeydan.info-​​​un xəbərinə görə, o qeyd edib ki, ABŞ heç vaxt İranda “rejim dəyişikliyi” həyata keçirə bilməyib və əməliyyata xərclənən böyük maliyyə vəsaitlərinə baxmayaraq, müharibə uğursuz olub. “Bütün bunların fonunda regionda yerləşən hərbi bazalarımıza ciddi ziyan dəyib. Üstəlik, İran hazırda Hörmüz boğazına nəzarət edir”, – deyə Karlson vurğulayıb.
Eyni zamanda, o, atəşkəsin əldə edilməsini müsbət qiymətləndirib. Xatırladaq ki, Karlson Rusiya lideri Putindən müsahibə götürməsi ilə yadda qalıb.
Həsən Ağa