24 aprel 2026
7
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 aprel Milli Suverenlik və Uşaq Günü münasibətilə Prezident Kompleksində uşaqları qəbul edib.Yenimeydan.info xəbər verir ki, qəbul zamanı Kırklarelidən gələn və “Bayraq” şeirini oxuması ilə tanınan balaca Gülsu və onun böyük qardaşı da iştirak edib.
Görüş milli təhsil naziri Yusif Tekin tərəfindən təşkil olunub. Mərasimdə Gülsunun şeir oxuduğu video nümayiş etdirilərkən onun böyük qardaşı emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Prezident Ərdoğan isə uşağı qucaqlayaraq, ona təsəlli verib.
Daha sonra oğlan Prezidentin yanında “Minarələr süngü” şeirini əzbərdən oxuyub. Həmin an salonda duyğusal atmosfer yaranıb və Ərdoğanın da təsirləndiyi müşahidə olunub.
Görüntülərdə Prezident Ərdoğanın da gözlərinin dolduğu, emosional anlar yaşadığı diqqət çəkib.
Oxşar Xəbərlər:

Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

GDU-DƏ İŞLƏR NİYƏ TAM TƏRSİNƏ GEDİR?
Ərdoğan Qərbə baxır. Putin neyləyəcək - GƏLİŞMƏ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI