24 aprel 2026
6
Arda Turan cəzalandırıldı

UEFA Konfrans Liqasında baş verən insidentlə bağlı Ukraynanın “Şaxtyor Donetsk” klubunu və komandanın məşqçisi Arda Turanı cəzalandırıb.
“Qafqazinfo” xəbər verir ki, insident “Şaxtyor Donetsk”in Niderlandın “AZ Alkmaar” komandası ilə keçirdiyi Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda qeydə alınıb.
Matç 3:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb.
Görüşün 5-ci dəqiqəsində “Şaxtyor”un futbolçusu İsake rəqib futbolçu ilə toqquşmadan sonra başından zədə alıb. Tibbi yardım göstərildikdən sonra oyuna davam edən futbolçu 24-cü dəqiqədə vəziyyətinin pisləşməsi səbəbindən meydanı tərk edib.
UEFA-nın qərarına əsasən, “Şaxtyor Donetsk” və Arda Turan “oyunçunun ciddi zədələnməsi zamanı beyin silkələnməsi protokoluna əməl edilməməsi” səbəbindən cərimələnib.
Klub 10 min avro, Arda Turan isə 20 min avro məbləğində cərimə ödəyəcək. Bundan əlavə, “Şaxtyor Donetsk” heyət üçün beyin silkələnməsi ilə bağlı xüsusi təlimlərin keçirilməsinə məcbur edilib.
UEFA həmçinin klubu “idman tədbirlərində qeyri-etik mesajlardan istifadə” ittihamı ilə əlavə 20 min avro cərimələyib.
Oxşar Xəbərlər:

Proqnozları alt-üst edən "Qarabağ" – "Dumanlı Albion"da yeni tarix yazmaq fürsəti -ŞƏRH

Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır –Çox şübhəlidi

“Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsində! - Yenilənib
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI