23 aprel 2026
5
Binəqədi sakinləri acınacaqlı vəziyyətdə – Video
Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən Abay Kunanbayev küçəsindəki 5 mərtəbəli binanın zirzəmisi çirkab sularının içində qalıb.Tribuna.az-a bu barədə sakinlər məlumat verib. Onlar bildirib ki, kanalizasiya boruları partlayıb, üfunətdən beyin çartladan çirkab suları da burada gölməcə yaradıb
Bina 3A-nın sakinlər deyirlər ki, 2018-ci ildən bəri iy-qoxudan mənzillərində dayana bilmirlər:
“Səsimizin eşidilməsini istəyirik. Binanın özülü də nəmişlikdən aşınıb. Aidiyyəti qurumlardan kömək istəyirik. Müraciət etmədiyimiz yer qalmayıb. Amma tədbir görən yoxdur”.
Sakinlər aidiyyəti qurumların tezliklə tədbir görməsini istəyir.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

Qətliamının dəhşətli detalları üzə çıxdı: Müəllim şagirdləri qorumaq üçün özünü onların üstünə atıb – Video, Foto

Leyla Əliyeva onlar üçün pianoda ifa etdi – FOTOLAR

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir(?)! -Masazır gölünə qarışan KANALİZASİYA –

Prezident əfv sərəncamı imzaladı – SİYAHI