22 aprel 2026
14
Aİ Gürcüstana qarşı sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) müxalifətə və müstəqil mətbuata qarşı davranışına görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, birliyə daxil olan ölkələrdən yalnız biri bu qərarı bloklayır.
“Ümumi əhval belədir ki, əgər biz sanksiyalarda israr edirdiksə, 26 ölkə bizi dəstəklədi və yalnız biri əleyhinə çıxdı. Nəticə etibarilə, biz gürcü xalqı ilə daha çox işləməliyik ki, insanlar xoşməramlı olduğumuzu görsün. Lakin eyni zamanda Gürcüstan hökumətinə də seçdiyi istiqamətin Avropa dəyərlərinə uyğun gəlmədiyinə dair aydın siqnallar vermək lazımdır”, - Kallas Aİ-nin xarici işlər nazirlərinin iclasınının yekunlarına dair mətbuat konfransında söyləyib.
O, bəzi ölkələrdə yeni hökumətlər formalaşdıqdan sonra sanksiyalar məsələsinə yenidən qayıdacaqlarını əlavə edib.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Qərb suveren dövlətlərə qarşı – “beşinci kolon” vasitəsilə Cənubi Qafqazın hədəfə alınmasının pərdəarxası -ŞƏRH

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO