22 aprel 2026
13
Latviya Prezidenti Fəxri xiyabana getdi - Fotolar

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.




