22 aprel 2026
14
Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı
TƏBİB sistemində kadr dəyişiklikləri davam edir.“Doğru.az”-ın məlumatına görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb.
Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur.
Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir.
Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb. (Bakupost.az)
Oxşar Xəbərlər:

Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!

Burası TƏBİB şefinin QARA BAZARIDIR... - BUNUN BAŞQA ADI YOXDUR...

Sumqayıt Tibb Mərkəzi işi BÖYÜYƏ BİLƏR

TƏBİB sədri buraları rəsmən himayə edir - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI