20 fevral 2026
15
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:Xanım direktorun fəaliyyəti təftiş ediləcək?!
Onu vəzifəsini itirəcəyi yox, daha çox bu günə qədər olub-bitənlərlə bağlı sorğu-sual edləcəyi rahat buraxmır Üç gün əvvəl TƏBİB-in rəhbəri vəzifəsindən kənarlaşdırılan Vüqar Qurbanovun həbs ediləcəyi ilə bağlı məlumatlar tirajlandı. İddialara görə, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Hakim dairəyə yaxın media resurslarında yayılan məlumatlarda, sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.
TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil...
Vüqar Qurbanovun sevimli kadrı təşvişdə...
2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun özü və yüksək vəzifələrə təyin etdiyi kadrlarının “özfəaliyyəti” ilə bağlı mediada silsilə yazılar dərc edilirdi... Bu yazılarda səhiyyə xidmətinin yararsızlığından tutmuş, formaca müxtəlif korrupsiya əməlləri ictimailəşirdi. Və bu məlumatlar da, heç zaman təkzib edilmirdi. Nəhayət, bu günlərdə indiyədək tirajlanan məlumatların nəticəsi müşahidə olunur...
Vüqar Qurbanovun kadrları demişkən...Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, TƏBİB-in sabiq “şef”inin sevimli kadrlarından sayılan Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırkı direktoru Səkinə Sadıxovanın başı üzərində “qara buludlar dolanır”. Vüqar Qurbanovun başına gələnlərdən sonra Səkinə xanımın dərin sarsıntı keçirdiyi, psixoloji gərginlik səbəbindən de-fakto idarəçilikdən kənarda qaldığı bildirilir...
Bəs xanım direktorun təşvişinə səbəb nədir? Bu haqda bir az sonra.
Xatırladaq ki, Səkinə Sadıxova 23 noyabr 2019-cu ildə Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müdir təyin edilib. Bundan əvvəl isə Sumqayıt şəhər Səhiyyə Şöbəsində müdir müavini olub. Daha sonra “Sumqayıt Tibb Mərkəzi”nin direktoru postunu tutub. 30 dekabr 2023-cü ildə bu vəzifədən kənarlaşdırılıb. Vüqar Qurbanov Səkinə xanıma xüsusi sayqı nümayiş etdirərək, 9 fevral 2024-cü ildə onu özünə müşavir gətirir. 27 dekabr 2024-cü ildə isə xanım Sadıxova yeni vəzifəyə- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru kürsüsünə sahiblənə bilir.
***
Hər şey 23 noyabr 2019-cu ildən-Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinə müdir təyin edildiyi gündən başlayır. Ölkənin üçüncü böyük şəhərinin səhiyyəsinə rəhbərlik edən xanımın adı müxtəlif qanunazidd əməllərdə hallanmağa başlayır.
Şəhər əhalisi Səkinə Sadıxovanın sələfinin“ölənlərinə rəhmət oxumalı olur”. Səhiyyə xidmətində nizamsızlıq, tibbi personalın addımbaşı özbaşınalığı, tibbi avadanlıq və ləvazimatların təminatında, təmir-abadlıq işlərində korrupsiya ittihamları Səkinə xanımın adı ilə qoşa çəkilir, eyni yazılır.Təbii ki, böyük himayədarının sayəsində...
Artıq“Sumqayıt Tibb Mərkəzi”nin direktoru olan bu xanımla bağlı durum o dərəcəyə çatır ki, onun barəsində Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başlanır:
179.3.2 – külli miqdarda mənimsəmə
308.1 – vəzifə səlahiyyətlərindən sui-istifadə
313 – vəzifə saxtakarlığı
Maraqlı, daha çox da, anlaşılmazdır ki, sonradan aidiyyatı orqanlar bu haqda hansısa açıqlama verdmədi. Hansısa gözəgörünməz əl bu xanımı“sudan quru çıxara bildi”. Zamanında bu əməllərlə bağlı mediada ardıcıl yazılıb. Konkret adlarla, məbləğlərlə faktlar sadalanıb.
(Google üzərindən bir axtarış etməklə bu yazılarla tanış olmaq olar deyə, geniş yazmırıq. Red.)
Nəhayət Sumqayıt sakinləri xanım direktoru de-fakto qovmaq məcburiyyətində qalır. Vəziyyətin nəzarətdən çıxacağını görən Vüqar Qurbanov, 9 fevral 2024-cü ildə sevimli kadrını özünə müşavir təyin etməklə xilas edir.Lap elə pişik balasını daşıyan kimi...
Abşeron səhiyyəsinin qara günləri...
Sumqayıtdan sonra qara günlərini yaşamaq növbəsi Abşeron səhiyyəsinə çatır...Belə ki, Vüqar müəllim Səkinə xanımı bir daha sevidirir: 27 dekabr 2024-cü ildə onu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru postuna təyin edir. Yeni direktor yeni vəzifəsində də, köhnə prinsiplərindən ayrıla bilmir. Eyni ilə Sumqayıtda olduğu kimi səhiyyə xidmətindəki yarıtmazlıq, kadr seçimindəki maraqlı yanaşmalar, qohumbazlıq və s.
Çox keçmir ki, Abşeron rayonu səhiyyə problemi ilə bağlı şikayət olunan rayonlar sırasında ön sırada yer alır. Şikayətçilər arasında isə şəkər xəstələri xüsusi üstünlüyə sahib olur: lazımı dərman preparatlarının və ölçmə ləvazimatlarının təminatında ciddi problemlər yaşanır...
Xüsusi ilə cərrahi əməliyyatlarda İcbari Tibbi Sığorta “unudulur”. Hansı ki, TƏBİB-in başlıca funksiyası məhz, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlıdır...
Qan və digər analizlərlə bağlı məsələ isə bambaşqa bir aləmdir: Səkinə Sadıxovanın “uzaqgörənliyi” sayəsində əksər analizlər razılaşdırılmış şəkildə özəl klinikalarda gerçəkləşir. Ki, bu da müəyyənləşdirilmiş ödənişlərlə tənzimlənir. Və s.
Çox keçmir ki, bacısı – Gürcüstanda saxta diplom aldığı iddia edilən və tibb bacısı kimi fəaliyyət göstərdiyi bildirilən, Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə rəhbər təyin etməsi ilə bağlı məlumatlar yayılır. Bu məlumatla bağlı medianın sorğusu da cavabsız qalır(?) Xatırladaq ki, Azərbaycan Respublikasının“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu yaxın qohumların tabelilik münasibətlərində işləməsini qadağan edir!
Yeri gəlmişkən xanım direktorun işə gəlişi-gedişi zamanı xəstəxananın mühafizə xidməti tərəfindən xüsusi təmtəraqla qarşılanıb, yola salınması da yumşaq desək birmənalı qarşılanmır...
Bu da, sonun başlanğıcı...
Səkinə Sadıxovanın himayəçiləri sırasında tək Vüqar Qurbanovun adı hallanmır. Bu sırada onun müavini Araz Nəsirovun və İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevin də adı yer alır. Amma, bu gün, o gün deyil: durum dəyişib. İndi adları çəkilənlər nəinki kimisə, heç özlərini belə qorumaq iqtarında deyillər. Vüqar Qurbanovun onları da, özü ilə aparacağı gözlənilir.
Bu “qoşqu”da Səkinə Sadıxovanın da olacağı istisna deyil. Yenixeber.org-a ötürülən məlumat görə, bunun fərqində olan xanım Sadıxova dərin sarsıntı içində yeni himayədarlar axtarışındadır. Hətta, bu istiqamətdə müəyyən çabalar açıq müstəviyə keçib...
Məlumata görə, onu vəzifəsini itirəcəyi yox, daha çox bu günə qədər olub-bitənlərlə bağlı sorğu-sual edləcəyi rahat buraxmır. Artıq TƏBİB-in bir sıra tabeli strukturlarında, eləcə də, Abşeron Rayon Mərkəzi Xəstəxanasında təftişlə bağlı qərar verildiyi bildirilir. Bunun necə nəticələnəcəyi zaman məsələsidir. Bəzən isə zaman sonun başlanğıcı olur...(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.