24 avqust 2023
229

Sumqayıt Tibb Mərkəzi işi BÖYÜYƏ BİLƏR

 


Xeyir-şər məclislərində aşbazlıq edən Elnarə 42 yaşında Gürcüstanda necə ali təhsil diplomu aldı..? Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovanın, az qala, ölkədə məşhur rüşvətxor və korrupsioner olduğunu nəzərə alaraq uzun-uzadı girişə ehtiyac görmürük. Qısaca onu qeyd edək ki, uzun müddət Ruhi dispanserdə müalicə olunmuş, özünü vergili hesab edən Səkinə Sadıxova bir neçə ildir ki, Sumqayıt Tibb Mərləzinin direktorudur.
Aydınlıq üçün onu da qeyd edək ki, 300 min əhalisi olan Sumqayıt şəhərindəki yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən, Təcili Yardım Mərkəzindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və TƏBİB-in rəhbərliyi Səkinə Sadıxovanı Mərkəzə direktor təyin edib.
İndi özünüz Səkinə Sadıxovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin. Səkinə Sadıxova Sumqayıt şəhərindəki Təcili Yardım stansiyasına ayrılan vəsaiti, yanacağı, nə bilim, ehtiyat hissələrinin pulunu məmisəyir və bütün xərcləri yıxır sürücülərin üstünə.
Səkinə Sadıxova Sumqayıtdakı xəstəxanalarda istədiyi adamı çıxarıb pul alaraq başqasını təyin edir. Baş həkimlər etiraz edəndə onları vəzifədən çıxarmaqla hədələyir. Səkinə Sadıxova həkimlərin pulu hesabına özünə bahalı, təmtəraqlı ad günləri keçirir, bahalı imperator kəməri taxaraq fotosessiya göstərirdi. TƏBİB- in Sumqayıta təyin etdiyi Səkinə Sadıxova dövlətin xəstələrə ayırdığı dərmanları, ərzağı, qidanı sataraq yüz minlər qazanır.
İstər-istəməz sual doğur ki, dövlətdən konkret maaş alan Səkinə Sadıxova belə bahalı məclisi hansı pulla keçirir..? Hələ bu harasıdır..?
Səkinə Sadıxova satınalmalar, cari təmir və s. adı altında dövlətin yüz minlərlə vəsaitini mənimsəyib və bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bütün bunlardan əlavə, Səkinə Sadıxova heç bir tibbi təhsili olmayan, Gürcüstan Universitetindən saxta diplom alan, keçmişdə yas və toy məclislərində aşbazlıq edən Elnarə Arif qızı Məmmədovanı qurumun Kadrlar şöbəsinə müdir təyin edib. Şair demişkən, “Axsaqlar rəqs təlim ediyor...” Görəsən heç bir tibbi təhsili olmayan Elnarə ali təhsilli baş həkimlərin, səhiyyə işçilərinin əmrlərini necə hazırlayır..?
Qısaca onu da qeyd edək ki, Elnarə Məmmədova 42 yaşında, yəni 30.09.2019-cu il tarixdə Gürcüstan Millenium Universitetindən HEM 000141 saylı diplom alıb. Sözün qısası, saxta diplom məsələsi ilə bağlı biz bir media olaraq müxtəlif dövlət qurumlarına müraciət etmişik və bəlli olub ki, Elnarənin diplomu barəsində Təhsil Nazirliyinin Məlumat Bazasında heç bir söz yoxdur, yəni təsdiq olunmayıb. Görəsən, belə olan halda Sumqayıt Tibb Mərkəzinin direktoru, TƏBİB-in rəhbərliyi bu cinayət əməlinə nə üçün imza atıb..?
Həə, indi gəlirik əsas mətləb üstünə... Səkinə Sadıxova hər yerdə deyir ki, dalımda TƏBİB-in rəhbərliyi, direktorun müavini Araz Nəsirov dayanıb, mənə kimsə bir söz deyə bilməz... İndi gəlin görək, Araz Nəsirov kimdir, nəçidir ki, Səkinənin dalında belə möhkəm, bərk-bərk dayanıb...
Deməli, Araz Nəsirovun qonmadığı budaq qalmayıb, indi də qonub Səkinənin budağına... Bəli, Araz Nəsirov 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində maliyyə menecmenti ixtisası üzrə təhsil alıb. 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə təhsil alıb. 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib. 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub. Onun karyerasının bir bölümü “Xəzər Lənkəran”la bağlıdır. 2008-ci ildə cənub klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə “Palmali“ Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb. Araz Nəsirov zamanında Mübariz Mənsimovun ən inanılmış kadrlarından biri olub. Türkiyədə yaşayan iş adamı onu o vaxt Azərbaycana göndərmişdi ki, “Xəzər Lənkəran”da vəziyyəti düzəltsin. Amma futboldan başı çıxmayan Araz Nəsirov vəziyyəti düzəltmək əvəzinə fultbolçuların transferi zamanı yaxşıca qazanmışdı.
İndi gördünüzmü, başqasının pullarını çırpışdırmaq bu adam üçün köhnə peşədir. Və Araz Nəsirov bu əməllərini indi də Səkinə Sadıxova ilə birgə Sumqayıt Tibb Mərkəzində davam etdirir. Necə deyərlər, KOR atın KAR nalbəndi…
Yeri gəlmişkən, TƏBİB-in icraçısı, direktoru Vüqar Qurbanov hazırda əmək məzumiyyətində olduğu üçün onu Araz Nəsirov əvəz edir və Səkinə Sadıxovanın müdafiəsi daha da möhkəmlənib… Bəli, mətbuatda və digər mənbələrdə Araz Nəsirovun bütün təhsili, iş yerləri haqqında məlumat vardır. Amma orta məktəb haqqında heç yerdə heç bir məlumat göstərilməyib. Bu haqda növbəti sayımızda...
P. S. Onu da qeyd edək ki, Səkinə Sadıxovanın, Araz Nəsirovun əməllərindən millət vəkilləri, prokurorlar və s. səlahiyyətli şəxslər zaman – zaman danışıblar. Biz isə yazmaqda davam edirik. Bizi izləyin.
Gündəlik Bakı