23 aprel 2026
6

Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti adını dəyişib.
Yeniavaz.com 
xəbər verir ki, şirkətin adı dəyişdirilərək “Obsidian Court Limited” olub.
Qeyd edək ki, şirkət “Office 311f, The Big Peg 120 Vyse Street, Jewellery Quarter, Birmingham, England, B18 6ND” ünvanında qeydiyyatdadır.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda “Buta Lounge” adlı restoran açıb.