23 aprel 2026
7

Azərbaycanda daha bir məktəbdə Bıçaqlanma - TƏFƏRRÜAT



Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Yenimeydan.info APA-ya istinadla bildirir ki, hadisə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məktəbin şagirdi 14 yaşlı U.İ. kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, U.İ. məktəbdə dava zamanı bıçaq xəsarəti alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.