24 aprel 2026
5
Səhiyyədə “islahat” oyunu: Professor hər şeyi AÇDI
Səhiyyə sistemində islahat adı verdikləri bu proses sıradan bir kadr dəyişikliyidir. Burada heç bir islahatdan söhbət gedə bilməz. Yeni kadrların nə qədər uğurlu olduğunu da zaman göstərəcək.Bu sözləri Tribun.az-a tibb üzrə professor Adil Qeybulla səhiyyə sistemində aparılan son kadr dəyişikliklərinin tibbi xidmətin keyfiyyətinə necə təsir edəcəyi ilə bağlı danışarkən deyib. Professor qeyd edib ki, TƏBİB əhəmiyyətsiz qurum idi:“Biz ilk gündən TƏBİB-in yaradılmasının əleyhinə idik. Çünki əvvəldən bildirirdik ki, bu, Səhiyyə Nazirliyinə əlavə alternativ qurumdu və bu iki qurum arasında ziddiyyət yaranacaq. Həqiqətən də bu baş verdi.
TƏBİB ilk təcrübə idi və o, İcbari Tibbi Sığortaya nəzarət üçün yaradılmışdı. Ancaq bu məsələ də yekunlaşmalı idi. 5 ildir artıq İcbari Tibbi Sığorta var. Ona nəzarət edən ayrıca qurumun olması nəyə lazımdır?.
Buna görə biz gözləyirdik ki, müəyyən müddət sonra TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək. Ancaq bu baş vermədi.
Struktur islahatları mahiyyət etibarilə yeni bir situasiya yaratmalıdır. Ancaq hazırda gedən proses sıradan bir kadr dəyişikliyidir. Buradan heç bir islahatdan söhbət gedə bilməz. Bir nəfər gedir, o biri gəlir”.
A.Qeybulla bildirib ki, kadr dəyişikliyi vətəndaşın, ümumi işçin xeyrinə olan mexanizm yaratmalıdır:
“Yeni rəhbərlik TƏBİB-də heç olmasa elə struktur, elə bir fəaliyyət mexanizmi ortaya qoymalıdır ki, vətəndaş ondan fayda görsün və hiss etsin ki, doğurdan da müsbətə doğru nələrsə dəyişib. Çünki son halqa vətəndaşdır.
Ancaq indiki islahat adı verdikləri iş adi kadr dəyişikliyidir. İslahat başqa bir şeydir. Ümid edək ki, yeni bir situasiya yaranacaq və aparılan kadr dəyişiklikləri vətəndaşın, ümumi işin xeyrinə işləyəcək, işlək bir mexanizm qurulacaq”.
Nigar İxtiyarqızı
Oxşar Xəbərlər:

Dövlət laboratoriyalarında milyonluq korrupsiya sxemi - Mexanizm ifşa olunur

İcbari sığortadan imtina etmək nələrə səbəb ola bilər?

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ