24 aprel 2026
5
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək
Azərbaycan şirkəti olan “Ruzi-MM” Rusiyanın “Yefremov Yağ və Pendir Kombinatı” MMC ilə məhkəmə davasını uduzub. Qərara əsasən “Ruzi-MM” 1 milyon rubldan artıq təzminat ödəyəcək.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmə araşdırmasının predmeti təqdim olunmuş məhsullara və ya göstərilmiş xidmətlərə görə yaranmış borcdur.
Məhkəmə sənədindən məlum olur ki, söhbət təchizat müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində yaranmış 961,6 min rubl məbləğində borcun, eləcə də 53 min rubl dövlət rüsumu xərclərinin tutulmasından gedir.
Azərbaycanın “Ruzi-MM” şirkəti Rusiyaya, Çinə və Türkiyəyə qoz ləpəsi və fındıq ixracı ilə məşğuldur.
Xatırladaq ki, “Yefremov Yağ və Pendir Kombinatı” 2002-ci ildən fəaliyyət göstərir, yağ və pendir istehsalı ilə məşğuldur. Şirkətin 2025-ci il üzrə gəliri 6,7 milyard rubl təşkil edib. Zavod Fransız pendirlərinin istehsalı üzrə ixtisaslaşmış “Laktalis Russia” qrupuna daxildir.
Oxşar Xəbərlər:

“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA

Prezident əfv sərəncamı imzaladı – SİYAHI