24 aprel 2026
6
Tramp Putini sammitə dəvət etmək istəyir
DünyaABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” nəşri Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
“Rusiya G20-nin üzvüdür, buna görə də nazirlər və liderlər səviyyəsindəki görüşlərdə iştirak etməyə dəvət olunacaq”, - ABŞ xarici siyasət idarəsinin adı açıqlanmayan nümayəndəsi nəşrə bildirib.
O, Tramp tərəfdən Rusiyanın G20-nin bütün tədbirlərində iştirakının alqışlandığını, lakin hələlik rəsmi dəvət göndərilmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Moskvanın ali səviyyəli sammitə dəvət olunduğunu təsdiqləyib. Bununla belə, o, ölkəni konkret olaraq kimin təmsil edəcəyinin tədbir ərəfəsində məlum olacağını açıqlayıb.
Oxşar Xəbərlər:

"YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT..." – Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...
Milli Məclisin yeni heyətində ONLARI ÇƏTİN GÖRƏK... - SİYAHI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI