24 aprel 2026
7

Dayandırılmış tikinti necə yenidən başladı? — müəmmalı icazə

 
Binəqədi rayonunun Xutor qəsəbəsində – Eldar Babayev küçəsində baş verənlər artıq adi qanun pozuntusu deyil, açıq şəkildə dövlət nəzarətinə meydan oxumaqdır. Sakinlərin iddiasına görə, ərazidə aparılan tikinti işləri qanunsuzdur və bu proses Elman və və Rövşən adlı şəxslərin adı ilə bağlanır. Ən diqqətçəkən məqam isə odur ki, Binəqədi Rayon İcra Hakimiyyəti bir müddət əvvəl bu tikintini dayandırsa da, sonradan müəmmalı şəkildə yenidən “yaşıl işıq” yandırılıb.Sual yaranır: bu necə mümkündür? Əgər tikinti qanunsuz idisə, hansı əsasla davamına icazə verildi? Yox əgər qanunidirsə, niyə əvvəl dayandırılmışdı? Bu ziddiyyətin özü artıq sistemdə ciddi boşluqlardan xəbər verir.Mediatvaz.com bildirir ki, daha düşündürücü məqam isə aidiyyəti qurumların susqunluğudur. Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu prosesə niyə reaksiya vermir? Qanunsuz tikinti yalnız bir ərazinin problemi deyil — bu, sabah daha böyük faciələrin, çökmələrin, insan həyatına təhlükənin başlanğıcı ola bilər.Görünən odur ki, bəzi “işbazlar” üçün qanun sadəcə formal xarakter daşıyır. Qadağalar isə ya müvəqqəti olur, ya da hansısa “razılaşmalardan” sonra aradan qalxır. Əgər bu iddialar doğrudursa, bu artıq təkcə qanunsuz tikinti yox, həm də müəyyən qurumlarda ciddi korrupsiya şübhələridir.Tikintiyə nəzarət edən dövlət qurumları nəyi gözləyir? Hadisə böyüyüb ictimai narazılıq pik həddə çatandan sonra reaksiya vermək ənənəsi davam edəcək? Yoxsa nəhayət, qanun hamı üçün işləyəcək?
Davamı var..
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com