14 aprel 2026
10
“Azəriqaz”da ezamiyyət pulu və mükafatları kimlər mənimsəyir?
“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin əməkdaşı Elmin Rəhimov əmək hüquqlarının pozulduğunu bildirib. Şikayətçi haqqı olan ezamiyyət pulunu və mükafatını ala bilmədiyini deyir. Bizimesr.com bildirir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib.O, 15 ildən artıqdır müəssisədə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsində çalışıb.
Elmin Rəhimov bildirib ki, 2026-cı il fevralın 2-də Ağdərə rayonunun Çapar kəndinə ezam olunub və ona tapşırılan bütün işləri yerinə yetirib: “Ezam olunduğum ərazidə mənə tapşırılan bütün işləri qaydalara uyğun şəkildə icra etmişəm. Hətta peşəmə aid olmayan bəzi işləri də rəhbərliyin nəzarəti ilə yerinə yetirmişəm”.
Şikayətçi qeyd edib ki, buna baxmayaraq, ezamiyyət xərcləri indiyədək ödənilməyib: “Ezam xərcimin ödənilməsi bu günə qədər icra edilməyib. Bundan başqa, hər il işçilərə bir maaş həcmində verilən mükafatı da almamışam”.
Rəhimov məsələ ilə bağlı aidiyyəti şəxslərə müraciət etdiyini də vurğulayıb: “Əmək haqqı şöbəsinin baş mühasibi Samir Rəhmanovla dəfələrlə əlaqə saxlamışam. Mənə bildirilib ki, məlumatlar Azəriqaz İstehsalat Birliyinə göndərilib, lakin ödəniş edilmir. Səbəb kimi isə ‘büdcədə vəsait yoxdur’ deyilib”.
Elmin Rəhimov aidiyyəti qurumlardan problemin həlli üçün köməklik göstərilməsini xahiş edir.
Qarşı tərəfi dinləməyə hazırıq.

Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

Şuşaya işıq çəkən sahibkarın 5 milyon manatını kim mənimsəyib?

'Azəriqaz' vətəndaşı NECƏ QAZLAYIR... - Qələm onların əlindədir...