14 aprel 2026
11
Rusiyanın neftdən əldə etdiyi gəlir ikiqat artdı
Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlir mart ayında 19,04 milyard dollara yüksəlib.Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında deyilib.
Hesabata görə, bu, fevral ayı ilə müqayisədə 9,7 milyard dollar, ötən illə müqayisədə isə 4,76 milyard dollar çoxdur:
“Rusiya neftinin ən böyük payı Hindistana ixrac edilib - gündə 2 milyon barrel. Mart ayında Hindistanın 12 neftayırma zavodu Rusiyadan neft idxal edib. Bir ay əvvəl bu zavodların sayı 7 idi. Çin ixrac həcminə görə ikinci yeri tutub - gündə 1,8 milyon barrel.
Rusiyanın neft məhsullarının ixracından əldə etdiyi gəlir fevral ayı ilə müqayisədə 3,88 milyard dollar çox olmaqla, 7,59 milyard dollar təşkil edib”.
Oxşar Xəbərlər:

Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...

Prezidentlər Birgə Bəyanat imzaladılar

İdxalda 1 ayda milyard dollara yaxın artım - GÖMRÜK KOMİTƏSİ PREZİDENTİ ALDADIB

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?

Prezident əfv sərəncamı imzaladı – SİYAHI