14 avqust 2023
289
Külli miqdarda brilyant və qızıl aşkarlandı
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn ölkə vətəndaşından qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirdiyi 252 502 manat dəyərində brilyant, qızıl və sair qiymətli əşyalar aşkar olunaraq götürülüb.DGK-dan Yenimeydan.info-a verilən məlumata görə, faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Baş idarənin keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri ilə malları gömrük nəzarətindən kənar keçirən şəxsdən əlavə cinayət törədilməsində iştirak edən 3 nəfər şəxs də müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Oxşar Xəbərlər:

“Qızıl Səadət”in 21 kiloqram qızılına görə general 400 min rüşvət istəyib? – Qohumu da həbs edildi
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
.jpg)
Rəşid Behbudovdan yadigar qalan bahalı brilyantlar oğurlanıb – Təfərrüat

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu