31 yanvar 2026
10

Zelenski Putini Kiyevə dəvət etdi

        Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Kiyevdə görüşə dəvət etdiyini açıqlayıb.
Zelenski bildirib ki, bu dəvəti açıq şəkildə edir:
“Onu açıq şəkildə dəvət edirəm – əgər, əlbəttə, buna cəsarət edərsə. Əgər kimsə görüşmək istəmir, amma hansısa səbəbdən bunu açıq deməyə də imkan tapmırsa, o zaman Moskvada görüşlə bağlı bu cür çağırışlar səslənir,” – deyə Ukrayna Prezidenti qeyd edib.
Xatırladaq ki, daha əvvəl Kremlin sözçüləri Kiyevin Zelenskinin Vladimir Putinlə şəxsi görüşə hazır olması ilə bağlı açıqlamalarını şərh edərək, belə danışıqların yalnız Moskvada mümkün ola biləcəyini bildiriblər.
İmran Kərimli