30 yanvar 2026
15

Bakıda binada blok çökdü - Sakinlər evdən çıxa bilmirlər

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb. Bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.
Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.