31 yanvar 2026
10
ABŞ İsrailə 6,5 milyardlıq hərbi texnikanın satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti İsrailə üç ayrı müqavilə çərçivəsində potensial hərbi tədarüklərin göndərilməsini təsdiqləyib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, ümumilikdə sözügedən tədarüklərin dəyəri 6,5 milyard dollardan çoxdur.
Əsas olaraq, İsrailə təqribi dəyəri 1,98 milyard dollar olan yüngül taktiki nəqliyyat vasitələrinin və onlara aid avadanlıqların mümkün satışı, həmçinin 3,8 milyard dollar məbləğində 30 ədəd “AH-64E Apache” helikopterinin satışı təsdiqlənib.
740 milyon dollar dəyərində olan üçüncü müqavilə isə “Namer” zirehli transportyorları üçün qurğuları və transmissiyaların göndərilməsini, eləcə də onların kompleks logistik təminatını əhatə edir.
Oxşar Xəbərlər:

"Referans”ın dövlət qurumları ilə dərman biznesi

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
“Azərenerji” ASC-nin 2 milyardlıq zərəri, milyardlıq krediti və sədrinin 1 töhməti var
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA